Əhalinin gəlirləri 6,1 dəfə artıb
10 Sentyabr 2013 17:19 İqtisadiyyat"Son 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 milyard. manat və yaxud 6,1 dəfə artıb. Nəticədə 2012-ci ildə bu göstərici 34,7 milyard. manat təşkil edib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına maliyyə naziri Samir Şərifov deyib. Bildirib ki, ölkədəki münbit iqtisadi mühit və əhalinin gəlirlərinin yığıma yönələn hissəsinin ilbəil artımı hesabına onların banklarda olan əmanətlərinin məbləği artaraq 5,1 milyard manata çatıb ki, bu da 2003-cü illə müqayisədə 4,8 milyard manat və ya 20,3 dəfə çoxdur: "Ölkənin valyuta ehtiyatları on il ərzində 29,1 dəfə artaraq 46,5 milyard. dollara çatıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31