Növbəti daxili müsabiqəyə start verildi - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrindəki vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə növbəti daxili müsabiqə keçirilir.

Olaylar.az xəbər verir ki, Daxili müsabiqənin məqsədi gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı, səriştəli kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir.

Daxili müsabiqədə iştirak etmək üçün ümumilikdə 536 namizəd müraciət edib və tələblərə cavab verən 333 nəfər daxili müsabiqənin "Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi", 40 nəfəri isə  birbaşa "Situativ və panel müsahibə" mərhələsində iştirak hüququ qazanıb.

"Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi" üzrə imtahan 2 dekabr  2023-cü il  tarixdə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31