Növbəti təlimlər keçirilib - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlimlər keçirilib. Təlimlərdə Biləsuvar və Xaçmaz Gömrük İdarələrinin ümumilikdə 65 əməkdaşı iştirak edib.

Təlimlər gömrük nəzarəti, sərhədkeçmə mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, gömrük dəyəri, "Bir pəncərə" prinsipi, nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması, milli-mədəni sərvətlər üzərində gömrük nəzarətinin təşkili, əqli mülkiyyət hüquqları, "Yaşıl dəhliz" buraxılış sistemi, malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi və BYD Konvensiyası, etik davranış qaydaları, effektiv kommunikasiya, bədən dili və şəxsin davranış psixologiyası, idarəetmə bacarıqları-liderlik, təhlil aparma, proqnozlaşdırma, qərarvermə və vətəndaşlarla iş standartları (CRM) və digər mövzuları əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31