Azərbaycan investisiya cəlbediciliyini qorumaq üçün bütün addımları atır- ÖZƏL
30 Noyabr 2023 15:54 İqtisadiyyat"Azərbaycan bu gün investisiya cəlbediciliyini qorumaq üçün bütün zəruri addımları atır. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verdi və bu günümüz üçün möhkəm təməl yaradıldı". "Olaylar" xəbər verir ki, bunu YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deyib: "2003-cü ildə cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkərək bu mühüm çağırışı da səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Azərbaycanın investisiya cəlbediciliyinin qorunmasında ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi əhəmiyyətli rol oynayır. Belə ki, cənab İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsində də öz sözünü deyir".