ANAMA-nın büdcəsinin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir
28 Noyabr 2023 12:05 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Humanitar minatəmizləmə fəaliyyəti maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik.
Olaylar.az xəbər verir ki, bunu "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
"Bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir",-deyə S.Poladov bildirib.
Qeyd edək ki, Bakıda "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq texniki konfrans keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31