İranda sayadan çıxarılan Azərbaycan gəmisi yola düşüb

Ötən gün İranın Astara limanından çıxdıqdan sonra saya oturan Azərbaycan gəmisi bu gün sayadan çıxarılıb və az öncə Bakının Hövsan limanı istiqamətində yola düşüb.

Olaylar.az-ın məlumatına görə, bunu İranın Astara limanı idarəsinin müdiri Rza Neməti deyib.

Onun sözlərinə görə, 2,5 min tonluq gəminin yükü neft-kimya maddələri olub.

Ətraflı

Liman rəsmisi bildirib ki, ötən sutka ərzində gəminin sayadan çıxarılmasına iki gəmi cəlb edilib.

Gəminin saya oturmasının səbəbi hava şəraitinin qeyri-münasibliyi olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31