Görülən tədbirlər inflyasiyanın tədricən yavaşımasına imkan verir - Nazir müavini
17 Noyabr 2023 13:00 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Son aylarda qlobal ərzaq bazarında qiymətlərin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşımasına imkan verir.
Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, 2023-cü ilin 9 ayında inflyasiya 10,9% olub və ilin sonun qədər azalması müşahidə olunur:
"İnflyasiyanın gələn ilin proqnozunda daha da azalması planlaşdırılır. Xarici amillər burada vacib rol oynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışırıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun", - deyə o əlavə edib.