Orta Dəhlizin açılması KOB-un yeni bazarlara çıxışına imkan yaradacaq - AYİB (YENİLƏNƏCƏK)

Orta Dəhlizin açılması kiçik və orta biznesin (KOB) yeni bazarlara çıxışına imkan yaradacaq.

Olaylar.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Kiçik Biznesə İnvestisiyalar Komitəsinin rəhbəri Endryu Makdonald Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

Onun sözlərinə görə, hazırda kiçik və orta biznes üçün imkanlar olduqca böyükdür.

"Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Orta Dəhlizin açılması KOB üçün böyük imkanlar açır, çünki axın artır və bu da əvvəllər əlçatan olmayan bazarlara çıxış üçün böyük imkanlar yaradır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31