KOB Azərbaycanda əlavə dəyər zəncirinin formalaşmasında əsas rol oynayır - Məmməd Musayev
16 Noyabr 2023 17:03 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanda əlavə dəyər zəncirinin formalaşmasında əsas rolu kiçik və orta biznes (KOB) oynayır.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.
"Bu gün dünyada baş verən iqtisadi proses və tendensiyalara baxsaq, rəqəmsallaşmanın kiçik və orta biznesin inkişafında müstəsna xidmət göstərdiyini görə bilərik. Bu səbəbdən Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrinin brendinqinə və onların rəqəmsal satış kanallarına çıxışına dəstək göstərilməsi əsas fəaliyyət istiqamətlərimiz olmalıdır. Fikrimizcə, yeni iqtisadi çağırışlara dövlət-özəl sektorun inkişafı ilə cavab vermək olar və biz bu istiqamətdə əməkdaşlığa daima hazırıq", - deyə o, qeyd edib.