Macarıstanlı nazirlə qarşılıqlı əməkdaşlığının inkişafı müzakirə edilib
16 Noyabr 2023 12:59 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31