Türkiyə Respublikasının Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Noyabrın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, beynəlxalq müstəvidə, həmçinin ikitərəfli qaydada əməkdaşlığın regional inkişafa, sabitliyə və sülhə mühüm töhfələr verdiyi vurğulanıb.

Eyni zamanda iki qardaş ölkənin gömrük orqanları arasında kadrların potensialının gücləndirilməsi, təcrübə, məlumat mübadiləsi və digər sahələrdəki səmərəli əməkdaşlıqdan söhbət açılıb,  qarşılıqlı ticarət dövriyyəsinin artırılması, beynəlxalq tranzitin asan və sürətli şəkildə reallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi, gələn ildən etibarən tətbiqinə başlanacaq süni intellekt əsaslı yeni Avtomatlaşdırılmış Risk Analiz Sistemi layihəsi barədə təqdimatlar nümayiş etdirilib. 

Sonda Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasi Ticarət Nazirliyi arasinda keçirilən görüşün protokolu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31