“Instagram” gəlir gətirməyə başlayır
10 Sentyabr 2013 03:38 İqtisadiyyat"Facebook" sosial şəbəkəsi "Instagram"ın satın alınmasına 1 milyard dollar yatırıb. Hazırda mobil fotoşəkillərin yerləşdirilməsi üçün populyar saytda reklam yerləşdirilməyib, lakin şirkətin yeni əməliyyat direktorunun proqnozuna əsasən, cari il ərzində reklam yerləşdiriləcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bazar günü sözügedən xidmət bildirib ki, onun istifadəçilərinin sayı 150 milyon insana çatıb. Həmçinin şirkətdən bildirilib ki, "Instagram"ın istifadəçilərinin 60%-ni amerikalılar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31