Ölkəyə idxal olunan qızıl hansı halda gömrük rüsumundan azad ediləcək?
15 Noyabr 2023 11:27 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən iclasında "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Olaylar xəbər verir ki, Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur. Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.