Çörək və ət bahalaşıb, qarpız və yemiş isə ucuzlaşıb

Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  
birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8, qarğıdalının 0,2, arpranın 2,5, xiyarın 2,3 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,6, badımcanın 6,8, yaşıl lobyanın 6,6, kələmin 0,5 faiz, göyərtilərin 0,2 , baş soğanın 1,0, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9, çiyələyin istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, armudun istehsalçı qiymətləri 0,1, şaftalının 2,2, alçanın 0,1, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiymətləri 0,7, südün 0,6, diri qoyun və keçilərin 0,5, diri ev quşlarının 2,1, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31