2024-2025-ci illərdə iqtisadi artım 3 %-i keçəcək- Baş Bankir

Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenari əsaslı proqnozlarına görə bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) istehsalı 1,3 % artacaq. Olaylar xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib: "2024-cü ildə ölkədə iqtisadi artımın 3,3 %, 2025-ci ildə isə 3,2 % olacağı gözlənilir. Qlobal iqtisadi artım templərinin aşağı olmasına baxmayaraq cari ilin ötən dövründə də xarici şərait tədiyə balansı baxımından əlverişli olub. 9 ayda xarici ticarət balansında müsbət saldo 13,9 milyard dollara çatıb. Qeyri-neft ixracı isə 15% artıb".

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31