Bu il inflyasiya 10,9 faiz təşkil edib - Mikayıl Cabbarov

Son beş ildə 351 min yeni əmək müqaviləsi bağlanıb. Bu orta hesabla ildə 70 min iş yeri deməkdir. Hazırda Yeni iş yerlərinin keyfiyyətinə diqqət yetirmək əsas qarşıda duran məsələdir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, cari ildə ölkədə inflyasiya 10.9 faiz təşkil edib. Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb. O qeyd edib ki, bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31