Bitkoin bahalaşdı
11 Noyabr 2023 11:08 İqtisadiyyatDünyanın aparıcı kriptovalyutası - bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.
Olaylar.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan "Solana" olub.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31