Millət vəkili gəlir vergisi ilə bağlı təkliflə çıxış edib- ÖZƏL
7 Noyabr 2023 10:15 İqtisadiyyat"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində fiziki şəxslərin gəlir verigisində diferensial 2500 manatın artırılması nəzərdə tutulir. Millət vəkili Vüqar Bayramov "Olaylar"a bildirib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faiz vergiyə cəlb olunur. 2500 manatlıq hədd 2013-cü ildən etibarən tətbiq edilir: "Ötən 10 illik inflyasiya səviyyəsini nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. O baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın. Bununla da, 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə cəlb olunsun".