Aksiz dərəcəsinin artırılmasının əsas səbəblərindən biri AÇIQLANIB
6 Noyabr 2023 13:53 İqtisadiyyatAksiz dərəcələrinin artırılması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir.
Olaylar.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə aksiz dərəcələrinin 60-65%-ə çatdırılmasını tövsiyə edir.
"Bunu biz bir gündə edə bilmərik. Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq", - deyə o, əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31