Ehtiyac meyarı və yaşayış minimumunun artırılması təklif olunub

Cari ildə ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Bu tendensiya gələn il də davam edəcək.

Olaylar.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O xatırladıb ki, həm ehtiyac meyarının, həm də yaşayış minimumunun 24 manat artırılaraq 270 manata çatdırılması təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31