SOCAR-ın prezidenti Dünya Bankının regional direktoru ilə görüşüb - FOTO

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun iqtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib.

Tərəflər, həmçinin neft-qaz hasilatı, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31