Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb - FOTO-VİDEO

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.

Olaylar.az xəbər verir ki, müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.

Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin edilir. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.

Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.

Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb (FOTO/VİDEO)

 
Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb (FOTO/VİDEO)
 
Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb (FOTO/VİDEO)
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31