Vüqar Bayramov Beynəlxalq Foruma sədrlik edəcək

3000 iştirakçının qatıldığı forumda dövlət rəsmiləri və millət vəkilləri məruzə edirlər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) məşhur Krinisa İqtisadi Forum çərçivəsində Polşada "Avropa Birliyi - Xəzər Dənizi arasında Əməkdaşlıq: Neft və Qaz Əməkdaşlığından başqa nə? forumu təşkil edir. İqtisadi forum Polşanın Krinisa şəhərində bu il sentyabrın 3-dən 6-dək təşkil edilir. Forum rəsmi tərəfdaşı olan İSİM Avropa Birliyi ilə Xəzəryanı ölkələrin mövcud münasibətlırini qiymətləndirmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün xüsusi forum təşkil edir.

FaktXəbər-in məlumatına görə, Vüqar Bayramovun sədrlik etdiyi forumda Polşa Baş Nazirinin müavini Andrzej Dicka, Qazaxıstan Xarici İşlər Nazirinin birinci müavini Rapil Zhoshybayev, Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov, İran Parlamentinin üzvü Mehdi Səneyi, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, Moldovanin Demokartik Hərəkat Partiyasının sədri Mihai Godea, Polşanın Petrolivnest Şirkətinin Prezidenti Bertrand Le Guere və o cümlədən Rusiya, Türkmənistan və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış edəcəklər.

İqtisadçı alim bildirib ki, forumun məqsədi Avropa və qlobal arenanın Xəzər dənizinə sadəcə neft mənbəyi kimi ənənəvi baxışlarının dəyişdirilməsinə nail olmaqdır. Gömrük İttifaqının regionda gündəmə gəlməsi fondunda Avropa Birliyi ilə Xəzəryanı ölkələrin münasibətləri artıq yeni müstəviyə daxil olub. Regiona təsir uğrunda tərəflərin mübarizəsi artıq daha aydın görünür.

Forumda dünyanın 100-dən çox ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31