Qırğızıstanın Hesablama Palatası Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək istəyir - Palatanın sədri
24 Oktyabr 2023 19:30 İqtisadiyyatQırğızıstanın Hesablama Palatası Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək istəyini bildirir.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Hesablama Palatasının sədri Almazbek Akmatov deyib.
Onun sözlərinə görə, Azərbaycanın və Qırğızıstanın hesablama palataları uzunmüddətli və məhsuldar əməkdaşlıq tarixçəsinə malikdir və bu, iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan yaradır.
A.Akmatov hər iki dövlətin başçısının bu məsələyə xüsusi diqqət ayırmasının bu əməkdaşlığın ali səviyyədə əhəmiyyətini vurğuladığını qeyd edib
Onun fikrincə, bu Azərbaycanla dərindən və yaxın tərəfdaşlığın yalnız başlanğıcıdır və bu prosesdə ali audit orqanlarının əməkdaşlığı mühüm rol oynayacaq, o cümlədən iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsi müxtəlif sahələrdə tərəfdaşlığın daha da inkişafına imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycan bu il Qırğızıstanda İssık-Kul gölünün sahilində beş ulduzlu hotelin inşasına başlayıb.
Obyekt Kara-Oy kəndində, Qırğızıstanın Azərbaycana uzunmüddətli icarəyə verdiyi 17 hektarlıq ərazidə yerləşəcək.