Ali təhsili olmayan qiymətləndiricilərin taleyi necə olacaq? - DEPUTAT

"Qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, onların qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməlidir: "Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsilli olub-olmaması barədə araşdırma varmı? Varsa, bunu bizimlə aidiyyəti qurum bölüşsə, yaxşı olar. Çünki biz bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq, yaxud onları prosesə necə cəlb edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31