Dövlət Gömrük Komitəsi MƏLUMAT YAYDI

Olaylar.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov oktyabrın 27-də saat 10:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti 37) Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Xızı və Siyəzən rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31