"SOCAR Türkiye" "STAR" NEZ-in 2023-2024-cü illər üzrə məhsuldarlıq proqnozlarını paylaşıb
23 Oktyabr 2023 19:16 İqtisadiyyatAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "STAR" neft emalı zavodu (NEZ) 2023-cü ildə müsbət nəticələr nümayiş etdirir və gözlənildiyi kimi, 2024-cü ildə də bu uğurlu tendensiyanı davam etdirəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu "SOCAR Türkiye"nin Neft Emalı və Neft-Kimya Müəssisələri Departamentinin rəhbəri vəzifəsini və "Petkim"in şirkətinin baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev deyib.
O "STAR" NEZ-in Türkiyədə emal edilən neft məhsullarının təqribən 25 faizini təmin etdiyini və daxili bazarda 19,5 faiz paya malik olduğunu qeyd edib.
"Zavod 2022-ci ildə uğurlu renatebllik göstəriciləri nümayiş etdirib. Bu göstəricilərin 2023-cü ildə də qüvvədə qalacağını deyə bilərəm. Xüsusən "Brent" markalı neftlə digər regionların nefti arasındakı fərq zavodun göstəricilərinə təsir edərək planlaşdırıldığından daha yüksək EBITDA (faiz, vergi və amortizasiya xərcləri hesablanmazdan əvvəlki mənfəət) göstəricilərinin təmin edilməsinə səbəb olub. Bu uğurlu fəaliyyəti 2024-cü ildə də davam etdirməyə çalışırıq", - deyə K.Mirzəyev əlavə edib.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib.