Əhali ən çox pulu bu ayda xərcləyib – RƏQƏMLƏR
21 Oktyabr 2023 14:56 İqtisadiyyatAzərbaycanda yaşayan insanlar 2023-cü ilin ilk 9 aylıq dövründə ən çox pulu iyun ayında xərcləyib.
Olaylar.az-ın açıqlanan rəsmi məlumatlar əsasında apardığı hesablamaya görə, iyunda əhalinin ərzaq, qeyri-ərzaq və pullu xidmətlərə xərclədiyi pul 6,65 milyard manata yaxın olub.
İyundakı xərclər əhalinin doqquz ay ərzində çəkdiyi xərclərin 13 faizindən çox hissəsini təşkil edib.
Əhali iyunda ərzaq və qeyri-ərzaq mallarının, həmçinin ictimai iaşə xidmətlərinin alınmasına iyunda daha çox pul ayırıb. Yalnız pullu xidmətlərə çəkilən xərclər digər aylarda daha yüksək olub.
(Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31