ÜGT-nin modernləşməsi üzrə virtual məsləhətləşmələr keçirilib - FOTO

Olaylar.az xəbər verir ki, oktyabrın 20-də "ÜGT-nin Modernləşməsi üzrə Avropa Regionu Virtual Məsləhətləşmələri" mövzusunda onlayn formatda forum keçirilib.

ÜGT-nin Avropa Regionu gömrük xidmətləri nümayəndələrinin təmsil olunduğu tədbirdə "Modernləşmə Planı üzrə tərəqqi hesabatı", "Vəziyyətin Qiymətləndirilməsi Sənədi 2024", "ÜGT-nin təşkilati mexanizmlərinin yenilənməsi üzrə iqtisadi əsaslandırma" mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31