Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib - FOTO

Sumqayıt Gömrük İdarəsində gömrük-biznes münasibətlərində qarşılıqlı etimad səviyyəsinin gücləndirilməsi məqsədilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.

Olaylar.az xəbər verir ki, görüşdə gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, eyni zamanda tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ hüquqi aktlar və qanunvericliyə edilən dəyişikliklər barədə ətraflı məlumatlar verilib.

Görüş zamanı iştirakçılar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların suallar ətraflı cavablandırılıb.

Sonda xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə "Gömrük İNKİŞAF modeli"nin  təqdimatı nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31