Özəl investorlar Daşaltı kəndində layihələrini təqdim etməyə başlayıb - Prezidentin xüsusi nümayəndəsi (YENİLƏNƏCƏK)
19 Oktyabr 2023 16:14 İqtisadiyyatÖzəl investorlar Daşaltı kəndində layihələrini təqdim etməyə başlayıb.
Olaylar.az Trend-ə istinadən cümə axşamı xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov "Xəzər İnşaat Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib.
Onun sözlərinə görə, memarlarla birlikdə kəndin yeni planı hazırlanıb və təqdim olunub.
"Daşaltı kəndində özəl investorlar öz layihələrini təqdim etməyə başlayıblar. Dövlət minimal xərc çəkərək yalnız kommunikasiya xətlərini çəkəcək və yol salacaq. Qalan tikinti işləri özəl investorlarla görüləcək. Biz Daşaltı kəndinin əsas inkişafını turizm istiqamətində görürük", - A.Kərimov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31