Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib - Bəşir Hacıyev (YENİLƏNƏCƏK)
19 Oktyabr 2023 16:05 İqtisadiyyatAğdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Xəzər İnşaat Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib.
"Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan istifadə edə, həmçinin tikinti şirkətləri üçün əlverişli mühit yarada biləcəklər", - B.Hacıyev deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31