Keçən ay ölkədə gündəlik xam neft hasilatı 491 min barrel olub

2023-cü ilin sentyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barrel olub. "OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 491 min barrelini xam neft, 116 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31