Ərzaq məhsulları ucuzlaşıb

2013-cü ilin avqust ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.  Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  ay ərzində unun, qarabaşaq yarmasının, pasterizə olunmuş və olunmamış üzlü südün, almanın, armudun, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, xamanın, yumurtanın, kərə yağının, limonun, kökün, göy lobyanın, xiyarın, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunub.  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31