Növbəti təlimlər Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşları üçün keçirilib - FOTO
16 Oktyabr 2023 21:11 İqtisadiyyatOlaylar.az xəbər verir ki, potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təşkil edilən növbəti təlimlər Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşları üçün keçirilib.
16 gömrük əməkdaşının qatıldığı və iki gün davam edən təlimlər "Bir pəncərə" prinsipi, gömrük dəyərinin müəyyən edilməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərində gömrük nəzarətinin təşkili, mədəni sərvətlərin, dini məzmunlu ədəbiyyatın, xidməti və mülki silahın, valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair mövzuları əhatə edib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31