Azərbaycana yeni texnologiyaların gətirilməsinə öz töhfəmizi verə bilərik - İtaliya səfiri

İtaliya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı artırmağa çalışırıq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, İtaliya ərzaq və kənd təsərrüfatları sahəsində dünyaya bir çox töhfələr verə bilər.

"Azərbaycana bu sahədə texnologiyaların gətirilməsinə öz töhfəmizi verə bilərik. Dövlət nümayəndələri, özəl sektorlar və vətəndaş cəmiyyətinin ərzaq təhlükəsizliyi məsələsinə qoşulması da xüsusi əhəmiyyət daşıya bilər",- deyə səfir əlavə edib.

Qeyd edək ki, Bakıda ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31