Yeni ildən vergi ödəyicilərini dəyişiklik gözləyir - VİDEO

Vergi ödəyiciləri elektron kabinetə gücləndirilmiş elektron imza vasitələri ilə daxil ola biləcəklər.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq:

"Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31