Seçkilərin keçirilməsi və statistika tədbirlərilə əlaqədar xərclər 2,3 dəfə artırılır
14 Oktyabr 2023 12:36 İqtisadiyyatGələn il üçün seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri açıqlanıb.
Olaylar.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31