Hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz artırılır

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 47,4 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Olaylar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31