Azərbaycan Mərkəzi Bankının bəzi səlahiyyətləri ləğv edilir
13 Oktyabr 2023 11:18 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) bankların istifadə etdiyi avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlılığı və təhlükəsizliyi ilə bağlı minimum tələbləri müəyyən etmək səlahiyyəti ləğv edilir.
Olaylar.az xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, AMB-nin bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən etməsi səlahiyyəti ləğv olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31