Turistlər üçün daha bir yenilik
Səfərə gedənlərə səyahət sığortası hədiyyə edilir
4 Sentyabr 2013 13:09 İqtisadiyyat"AtaTravel" MMC sentyabr ayından yeni aksiyaya start verir. "OLAYLAR"-a daxil olan məlumata görə, "AtaTravel" MMC-dən istənilən istiqamətə səyahət paketi alan müştərilərə səyahət sığortası hədiyyə ediləcək. "AtaTravel" MMC tərəfindən təklif edilən səyahət turlarının qiyməti 220 AZN-dən başlayır. Səyahət paketlərinə aviabilet, səyahət sığortası, oteldə qalmaq, səhər yeməyi, bir günlük şəhərdə ekskursiya daxildir. Səyahət paketlərinin qiymətləri ölkələrin müxtəlifliyinə və müddətinə görə dəyişilir. "AtaSığorta" ASC tərəfindən təqdim edilən səyahət sığortası hadisəsi baş verdikdə sığortaçı zərərçəkənə tibbi, texniki, hüquqi yardım və ya başqa xidmətlərinin göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir.