Potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilib - FOTO

Balakən və Biləsuvar gömrük idarələrinin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlərin məqsədi əməkdaşların potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılmasıdır.

Olaylar.az xəbər verir ki, Biləsuvar Gənclər Evində keçirilən təlimlər malların gömrük sərhədindən keçirilməsi, gömrük nəzarətinin təşkili, gömrük baxışının və yoxlamasının aparılması qaydaları, əqli mülkiyyət, "Yaşıl dəhliz" buraxılış sistemi, beynəlxalq tranzit proseduru mövzularını əhatə edib.

Balakən Gənclər Evində keçirilən təlimlər isə etik davranış, intizam qaydaları, korrupsiyaya qarşı mübarizə, effektiv kommunikasiya, bədən dili və şəxsin davranış psixologiyası, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi mövzularında təqdimatlar nümayiş etdirilib, praktiki  tapşırıqlar icra olunub.

Ümumilikdə təlimlərdə 30 gömrük əməkdaşı iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31