Mərkəzi Bankı sədri müjdəni verdi: il sonunadək… - EKSKLÜZİV - VİDEO
10 Oktyabr 2023 17:56 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AzTV-yə eksklüziv müsahibə verib.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır.
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
"Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
İzləmək üçün linkə keçid edə bilərsiniz:
https://www.youtube.com/watch?v=am1FxpU-Znk