İşsizlik və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat təşkil edib. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. 9 aylıq daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,8 % çoxdur. "Olaylar"ın məlumatrına görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 132,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 98,2 milyon manata çatıb. 9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,3 % artaraq 683 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 480,9 milyon manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31