Azərbaycanda maliyyə axını III rübdə ARTIB

Bu ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.

Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin III rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,6 %), tikinti (14,9 %) və topdan və pərakəndə ticarət (13,6%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (2,4 milyard manat artım) və tikinti (2 milyard manat artım) olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31