Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 753 minə yaxınlaşıb
9 Oktyabr 2023 15:46 İqtisadiyyatBu il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 % çox - 752,5 min olub.
Olaylar.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunun 44,3 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 11 % çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,8 % artaraq 202,1 minə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31