Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimlər keçirilir - FOTO

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün hər iki ölkənin gömrük xidmətləri arasında imzalanmış "Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında" Protokola əsasən "Rəhbər heyət üçün" və "İT mütəxəssisləri üçün" təlimlərə başlanılıb.

4 gün davam edəcək təlimlərdə DGK-nın və Akademiyanın əməkdaşları tərəfindən "Liderlik və heyətlə iş birliyi", "Vaxtın idarə edilməsi", "İnsan resurslarının idarə edilməsi", "Ünsiyyət və davranış bacarıqları", o cümlədən "Gömrük işinin keyfiyyətinin artırılması məqsədilə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları" kimi mövzular üzrə iştirakçılara geniş məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31