Rəşad Nəbiyev Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Oktyabrın 2-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.

Olaylar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31