ARDNŞ bu ay 608 ton benzin ixrac edib
3 min 692 ton təyyarə yanacağı ixrac edib
3 Sentyabr 2013 12:11 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında 608 ton avtomobil benzini, 62 min 741 ton dizel yanacağı, 3 min 692 ton təyyarə yanacağı ixrac edib.
ANS PRESS ARDNŞ-ə istinadən xəbər verir ki,ümumilikdə, 2013-cü ilin yanvar-avqust ayları ərzində 13 min 829 ton avtomobil benzini, 633 min 97 ton dizel yanacağı, 91 min 130 ton təyyarə yanacağı ixrac edilib.
2013-cü ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1016,26 dollar, təyyarə yanacağının - 979,61 dollar, dizel yanacağının - 925,19 dollar, 1 faizli kükürdlü mazutun - 612,06 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31