Xarici ticarət iştirakçılarına gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib - FOTO
29 Sentyabr 2023 19:35 İqtisadiyyatOlaylar.az xəbər verir ki, Gəncə və Xaçmaz gömrük idarələrində sahibkarlarla görüş keçirilib. Görüş gömrük sistemində tətbiq edilən yeniliklər, rəsmiləşdirmə, sərhədkeçmə proseslərində aparılan təkmilləşdirilmələrlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, həmçinin yeni layihələrin səmərəliliyi, rasionallığı barədə sahibkarların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşlərdə gömrük orqanlarının strateji hədəflərindən bəhs edilib, məmnunluq, şəffaflıq, rəqəmsallaşma sahəsində tətbiq edilən layihələrin effektivliyi barədə xarici ticarət iştirakçılarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31